Azərbaycan müəllimlərinin XIV qurultayı keçirilir - FOTOSESSİYA - VİDEO

Azərbaycan müəllimlərinin XIV qurultayı keçirilir - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 14 dekabr 2013 07:37 (UTC +04:00)

APA-nın xəbərinə görə, Azərbaycanın bütün bölgələrindən nümayəndələrin seçildiyi qurultayda Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, baş nazirin müavini Elçin Əfəndiyev, təhsil naziri Mikayıl Cabbarov, dövlət rəsmiləri, millət vəkilləri, ali və orta ixtisas təhsili müəssisələrinin rəhbər işçiləri, QHT nümayəndələri, nüfuzlu müəllim və ziyalılar iştirak edir.

Ümumilikdə qurultaya təhsil ictimaiyyətinin 900-ə yaxın nümayəndələri qatılıb. Hər 5 ildən bir keçirilən qurultayda ölkə təhsilinin inkişafında görülən işlər, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”ndan irəli gələn məsələlər, qarşıya qoyulan vəzifələr müzakirə olunacaq.

Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə prezident İlham Əliyevin qurultay iştirakçılarına təbrik məktubunu oxunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR