Azərbaycan üzrə Universal Dövri İcmalın yekun hesabatı BMT İnsan Haqları Şurasında qəbul ediləcək

Azərbaycan üzrə Universal Dövri İcmalın yekun hesabatı BMT İnsan Haqları Şurasında qəbul ediləcək
# 17 sentyabr 2013 11:20 (UTC +04:00)

Bakı. Viktoriya Dementyeva – APA. Azərbaycan üzrə Universal Dövri İcmalın yekun sənədi sentyabrın 20-də BMT İnsan Haqları Şurasında müzakirə və qəbul ediləcək. APA-nın xəbərinə görə, Şuranın Cenevrədə sentyabrın 27-nə qədər davam edəcək 24-cü sessiyasının gedişində insan haqları mövzusunda ümumi müzakirələr keçiriləcək və 14 ölkə, o cümlədən Azərbaycan üzrə Universal Dövri İcmalın nəticələri təsdiqlənəcək və tövsiyələr müzakirə olunacaq.

Xatırladaq ki, Azərbaycanda insan haqlarının durumu bu ilin may ayında müzakirə edilib. Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Xələf Xələfov rəhbərlik edib. Şuranın müzakirəsinə 2 hesabat – Azərbaycan hökumətinin və Şuranın öz hesabatı çıxarılıb. Müzakirələrə qatılan 83 dövlətin təmsilçiləri Azərbaycana bir sıra tövsiyələr veriblər. Bu tövsiyələr sırasında sərbəst toplaşma azadlığı, rəhbər vəzifələrdə çalışan qadınların sayının artırılması, korrupsiya ilə mübarizənin davam etdirilməsi, təhsil sahəsinə sərmayə qoyuluşunun artırılması kimi məsələlər var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR