Daxili Qoşunlarının Bərdədəki hərbi hissəsi ərazisində zabitlər üçün yeni tikilmiş xidməti yaşayış binası istifadəyə verilib

Daxili Qoşunlarının Bərdədəki hərbi hissəsi ərazisində zabitlər üçün yeni tikilmiş xidməti yaşayış binası istifadəyə verilib
# 08 may 2013 12:59 (UTC +04:00)

Bakı-APA. Heydər Əliyevin 90 illik yubileyi ərəfəsində - mayın 8-də Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunlarının Bərdə rayonunda yerləşən hərbi hissəsinin ərazisində zabitlər üçün yeni tikilmiş xidməti yaşayış binasının istifadəyə verilməsinə həsr edilmiş təntənəli mərasim keçirilib. DİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tikintisinə ötən ilin aprelində başlanmış 60 mənzilli 6 mərtəbəli yaşayış binasının ümumi sahəsi 6100 kvadratmetrdir. Binada mərkəzi qazanxana, havalandırma sistemləri quraşdırılıb, rabitə-kommunikasiya, elektrik xətləri çəkilmiş, su hovuzu, digər yardımçı sahələr yaradılıb.

Mərasim iştirakçıları hərbi qulluqçular üçün yaradılmış şəraitlə tanış olub, görülmüş işlərdən razı qalıblar.

Yeni mənzil alanlar adından çıxış edənlər yaşayış binasının istifadəyə verilməsini prezidenti, Ali Baş Komandan İlham Əliyevin Silahlı Qüvvələrə, o cümlədən Daxili Qoşunlara diqqət və qayğısının nəticəsi kimi qiymətləndirib, hərbi qulluqçuların sosial rifah halının, mənzil-məişət şəraitinin daha da yaxşılaşdırılmasına görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Təntənəli mərasimdə daxili işlər naziri, general-polkovnik Ramil Usubov və nazir müavini - Daxili Qoşunların komandanı, general-leytenant Zakir Həsənov iştirak ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR