Bakıda yolların buz bağlaması nəticəsində sürüşmə və əzilmə ilə bağlı təcili yardım stansiyasına 50-yə yaxın müraciət daxil olub - VİDEO

Bakıda yolların buz bağlaması nəticəsində sürüşmə və əzilmə ilə bağlı təcili yardım stansiyasına 50-yə yaxın müraciət daxil olub - <span style="color: red;">VİDEO
# 03 fevral 2014 07:57 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Yolların buz bağlaması nəticəsində sürüşmə və əzilmə ilə bağlı Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına son 3 gün ərzində - yanvarın 31-i, fevralın 1-2-də 50-yə yaxın müraciət daxil olub. Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının operativ işlər üzrə şöbəsinin böyük həkimi Zemfira Vahidova APA-ya açıqlamasında bildirib ki, 3 gün ərzində küçədə yıxılma nəticəsində 40-dan çox insan xəsarət alıb, onlardan 29 nəfər xəstəxanaya yerləşdirilib. Qalan şəxslər isə ev şəraitində xəsarət aldıqları üçün onlara evlərində ilkin tibbi yardım göstərilib: “Zədələr əsasən yuxarı-aşağı ətrafların, qarının küt travması və digərləri olub”.

Z.Vahidova qeyd edib ki, küçədə yaşayan kimsəsiz şəxslərin donvurması ilə bağlı 9 nəfər xəstəxanaya yerləşdirilib: “Onlar aşağı ətrafların donması diaqnozu ilə daxil olub. Onların arasında sərxoşlar da var idi. Müraciət edilənlərin hər biri xəstəxanaya yerləşdiriliblər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR