Ermənistan prezidenti ATƏT-in Minsk Qrupunun yeni amerikalı həmsədrini qəbul edib

Ermənistan prezidenti ATƏT-in Minsk Qrupunun yeni amerikalı həmsədrini qəbul edib
# 12 sentyabr 2013 09:38 (UTC +04:00)

Bakı – APA. Ermənistan prezidenti Serj Sarkisyan ATƏT-in Minsk Qrupunun yeni amerikalı həmsədri Ceyms Uorliki qəbul edib.

APA-nın “Armenia Today”ə istinadən xəbərinə görə, S.Sarkisyan C.Uorliki yeni təyinatı münasibətilə təbrik edib və fəaliyyətində uğurlar arzulayıb.

ATƏT-in Minsk Qrupunun həmsədri olan ölkələrin – ABŞ, Rusiya və Fransanın səylərini yüksək qiymətləndirən Ermənistan prezidenti Dağlıq Qarabağ münaqişəsinin yalnız sülh yolu ilə və beynəlxalq hüquq normalarına uyğun həll olunmasının vacibliyini vurğulayıb.

Tərəflər münaqişənin həlli ilə bağlı danışıqlar prosesinin perspektivlərini müzakirə ediblər. C.Uorlik ABŞ prezidenti Barak Obamanın məktubunu S.Sarkisyana təqdim edib.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR