Azərbaycanın səhiyyə sahəsində daha bir xidmət «Elektron hökumət» portalına inteqrasiya edilib

Azərbaycanın səhiyyə sahəsində daha bir xidmət «Elektron hökumət» portalına inteqrasiya edilib
# 28 avqust 2013 14:27 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Səhiyyə Nazirliyi daha bir elektron xidməti «Elektron hökumət» portalına inteqrasiya edib.

«APA-Economics»in Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə istinadən verdiyi məlumata görə, hazırda Səhiyyə Nazirliyinin rəsmi internet səhifəsində yaradılmış «Elektron xidmətlər» bölməsi üzrə 11 elektron xidmət mövcuddur.

«Elektron hökumət» portalına isə Nazirlik tərəfindən növbəti xidmət təqdim edilib. «Xarici ölkələrdə ali və orta ixtisas təhsili almış, diplomdan sonra ixtisaslaşma keçən tibb və əczaçılıq işçilərinin işə buraxılması üçün müraciətin və sənədlərin qəbulu» adlı elektron xidməti vasitəsilə xarici ölkələrdə ali və orta ixtisas təhsili almış, diplomdan sonra ixtisaslaşma keçən tibb və əczaçılıq işçilərinin işə buraxılması üçün müraciətin və sənədlərin qəbulu mümkündür.

Xidmətdən istifadə etmək üçün istifadəçi portalda Səhiyyə Nazirliyinin sözügedən elektron xidmətini seçməklə yeni müraciət menyusuna daxil olub, təhsil növünü qeyd etdikdən sonra tələb olunan məlumatları daxil edərək öz müraciətini göndərə bilər.

Qeyd edək ki, Səhiyyə Nazirliyi tərəfindən 38 elektron xidmətin göstərilməsi nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR