Bakıda XIII Beynəlxalq Avrasiya cərrah və qastroenteroloqların konqresi keçiriləcək

Bakıda XIII Beynəlxalq Avrasiya cərrah və qastroenteroloqların konqresi keçiriləcək
# 01 avqust 2013 08:28 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Sentyabrın 12-15-də Bakıda XIII Beynəlxalq Avrasiya cərrah və qastroenteroloqların konqresi keçiriləcək. Səhiyyə Nazirliyinin Respublika Müalicəvi Diaqnostika Mərkəzinin baş həkimi Rauf Ağayev APA-ya açıqlamasında deyib ki, konqresdə Cərrah və Qastroenteroloqların Beynəlxalq Avrasiya Cəmiyyətinə üzvü olan 22 ölkədən 120 nümayəndənin iştirak edəcəyi nəzərdə tutulub. Onun sözlərinə görə, konqres çərçivəsində elmi tədqiqatlara dair gündəlik 8-12 hesabat dinləniləcək: “Azərbaycandan isə tədbirdə 500-dən çox nümayəndə iştirak edəcək. Bu konqres Azərbaycanın necə sürətlə inkişaf etdiyini, hər şeyin yaxşıya doğru necə dəyişdiyini, ən müasir avadanlıqların istifadə olunduğu səhiyyə sahəsinin necə inkişaf etdiyi göstərmək üçün yaxşı imkandır”.

R.Ağayev bildirib ki, konqres Cərrah və Qastroenteroloqların Beynəlxalq Avrasiya Cəmiyyətinin üzvü olan müxtəlif ölkələrdə keçirilir: “Azərbaycan da beynəlxalq cəmiyyətin ən aktiv üzvlərindən biridir. Ölkədə konqres artıq 5-ci dəfədir ki, keçiriləcək. Bu illər ərzində biz əldə etdiyimiz nailiyyətləri nümayiş etdirməyə, cəmiyyətə üzv ölkələrlə elmi əlaqələr qurmağa nail olduq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR