Tacikistan vətəndaşlarına şəxsiyyət vəsiqələri ilə Rusiyaya girişinə qadağa qoyulub - VİDEO

Tacikistan vətəndaşlarına şəxsiyyət vəsiqələri ilə Rusiyaya girişinə qadağa qoyulub - <span style="color: red;">VİDEO
# 23 iyun 2014 07:46 (UTC +04:00)

Bakı-APA. Tacikistan vətəndaşlarına ölkədaxili istifadə üçün nəzərdə tutulan şəxsiyyət vəsiqələri ilə Rusiyaya daxil olmasına qadağa qoyulub.

APA-nın məlumatına görə, müvafiq fərmanı Rusiya baş naziri Dmitri Medvedev imzalayıb.

Bundan sonra taciklər Rusiya ərazisinə xarici, xidməti və ya diplomatik pasportlarla daxil ola biləcəklər.

Qeyd edək ki, bu vaxtadək Tacikistan vətəndaşları Rusiyaya şəxsiyyət vəsiqəsi yaxud də doğum haqqında şəhadətnamə (16 yaşa çatmayanlar) ilə daxil ola bilirdilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR