Avropada mövsümün futbolçusu adına 3 namizəd qalıb

Avropada mövsümün futbolçusu adına 3 namizəd qalıb
# 07 avqust 2013 12:04 (UTC +04:00)

Bakı-APA. 2012/13 mövsümündə Avropanın ən yaxşı futbolçusu adına 3 namizədin adı açıqlanıb. Apasport.az saytının məlumatına görə, UEFA-nın mükafatına Lionel Messi (Argentina, “Barselona”), Kriştianu Ronaldo (Portuqaliya, “Real”) və Frank Riberi (Fransa, “Bavariya”) namizəddir. Ən yaxşı futbolçunun adına avqustun 29-da baş tutacaq canlı səsvermədən sonra aydınlıq gələcək.


UEFA-nın səsverməsinin ilkin nəticələrinə əsasən ilk “10-luq”da yer alan digər futbolçuların mövqeləri müəyyənləşib. Aryen Robben (Hollandiya, “Bavariya”) 4-cü, Robert Levandovski (Polşa, “Borussiya” D) 5-ci, Tomas Müller (Almaniya, “Bavariya”) 6-ci, Bastian Şvaynştayger (Almaniya, “Bavariya”) 7-ci, Qaret Beyl (Uels, “Tottenhem”) 8-ci, Zlatan İbrahimoviç (İsveç, PSJ) 9-cu, Robin van Persi (Hollandiya, “Mançester Yunayted”) 10-cu olub.

Qeyd edək ki, 3-cü dəfə keçirilən sorğunun əvvəlki qalibləri “Barselona”nın üzvləri olub. 2010/11 mövsümündə Lionel Messi, ötən mövsümdə isə Andres İnyesta Avropanın ən ayxşısı adını qazanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR