Azərbaycan prezidenti Şəmkirdə bir neçə obyektin açılışında iştirak edib - FOTOSESSİYA

Azərbaycan prezidenti Şəmkirdə bir neçə obyektin açılışında iştirak edib - <span style="color: red;">FOTOSESSİYA
# 11 sentyabr 2013 14:26 (UTC +04:00)

APA-nın məlumatına görə, dövlət başçısına məlumat verilib ki, Şəmkir rayonunun girişində yerləşən meydan 4,5 hektar ərazini əhatə edir. Meydanda 98 metr hündürlüyündə bayraq dirəyi ucaldılıb, uzunluğu 40, eni 20 metr olan dövlət bayrağı asılıb.

Prezident Bayraq Muzeyi ilə də tanış olub.

Diqqətə çatdırılıb ki, muzeydə Ginnes dünya rekordları təşkilatının Azərbaycanın dövlət bayrağı dirəyinin dünyada ən hündür bayraq dirəyi olduğunu təsdiq edən sertifikatın surəti, müxtəlif kitablar, fotoşəkillər də yer alıb.

Prezident sentyabrın 10-da Şəmkirdə Heydər Əliyev Mərkəzinin açılışında da iştirak edib.

Heydər Əliyev Mərkəzinin ətrafında yaradılan parkla tanış olan dövlət başçısına məlumat verilib ki, parkın ümumi sahəsi 14 hektardır. Ərazidə müasir tipli 7 fəvvarə, uzunluğu 742 metr olan açıq su kanalları və onların üzərində tunel tipli 10 keçid-körpü yaradılıb. Burada, həmçinin süni göl inşa edilib.

Parkla tanışlıqdan sonra prezident Mərkəzin rəmzi açılışını bildirən lenti kəsib.

Məlumat verilib ki, Mərkəzin inşasına 2012-ci ilin mayında başlanılıb. Azərbaycan prezidenti Mərkəzdə yaradılmış şəraitlə tanış olub.

Mərkəzdə yaradılmış şəraiti yüksək qiymətləndirən dövlət başçısı tövsiyə və tapşırıqlarını verib.

Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 10-da Bakı Oksford məktəbinin Şəmkir filialı üçün 80 yerlik Uşaq Akademiyasının açılış mərasiminə də qatılıb.

Dövlət başçısı binanın rəmzi açılışını bildirən lenti kəsib.

Bildirilib ki, Uşaq Akademiyası Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunub.

Binanın tikintisinə ötən ilin mayında başlanılmış, bu ilin iyununda başa çatdırılıb.

Akademiyada uşaqların asudə vaxtlarının səmərəli təşkili üçün hər cür şərait yaradılıb.

Xüsusi tədris proqramları əsasında fəaliyyət göstərəcək akademiyaya uşaqlar iki yaşından qəbul ediləcəklər.

Azərbaycan prezidenti akademiyada yaradılan şəraitlə tanış olub.

Dövlət başçısı sentyabrın 10-da Bakı Oksford məktəbinin Şəmkir filialı ilə də tanış olub.

Bakı Oksford məktəbinin Şəmkir filialı prezidentin gənc nəslin intellektual və mənəvi inkişafının təmin edilməsi, vətənpərvərlik ruhunda tərbiyə olunması, onların innovativ ideyalarının və yaradıcı təşəbbüslərinin reallaşdırılması haqqında verdiyi sərəncamlara əsasən, həmçinin Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Təhsilə dəstək” layihəsi çərçivəsində 2010-cu ilin noyabrında fəaliyyətə başlayıb. Hazırda məktəbdə 231 şagird təhsil alır. Məktəbin məzunları Azərbaycan Respublikasının attestatı ilə yanaşı, Kembric Universitetinin orta təhsil haqqında sertifikatını da əldə edirlər. Məktəbdə tədris ingilis dilində aparılır. Burada təhsil məktəbəqədər hazırlıq, ibtidai siniflər, orta məktəb və yuxarı məktəb mərhələləri üzrə keçirilir. Bununla yanaşı, təhsil ocağında beynəlxalq ikiillik “A-level” proqramları keçirilir. Bu proqramları bitirən şagirdlər beynəlxalq imtahanlarda müsbət qiymətlər aldıqda Britaniyanın müxtəlif universitetlərinə daxil ola bilərlər.

Dövlət başçısı Bakı Oksford məktəbinin Şəmkir filialının yataqxanasına da baxıb.

Məlumat verilib ki, bu yataqxanada Şəmkirlə yanaşı, Gəncə, Gədəbəy, Ağstafa, Tovuz, Qazax rayonlarından olan uşaqlar da qalacaqlar. Bundan başqa, şagirdlərin məktəbə rahat gediş-gəlişi üçün 5 nəqliyyat vasitəsi var. Yataqxana binasının sahəsi 4 min kvadratmetrdir. Burada 90 şagird və 9 müəllimin qalması üçün lazımi şərait yaradılıb.

Prezident İ. Əliyev yaradılmış şəraitdən razılığını bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR