Müsavat Partiyası Divanının toplantısı keçirilib

Müsavat Partiyası Divanının toplantısı keçirilib
# 09 iyun 2014 14:17 (UTC +04:00)

Bakı - APA. Bu gün Müsavat Partiyası Divanının növbəti toplantısı keçirilib.

Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, toplantıda partiyanın qurultayının keçirilməsi ilə bağlı məsələ müzakirə edilib.

Partiyanın Avropa Şurası Nazirlər Komitəsinin hazırkı sədri Elmar Məmmədyarova qurultayın keçirilməsi üçün yer ayrılması məsələsində səlahiyyətləri daxilində müdaxilə etməsi üçün ünvanladığı müraciət təqdir olunub.

Yığıncaqda Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublunun, REAL hərəkatının lideri İlqar Məmmədovun və İsmayıllı hadisələrinə görə həbs cəzası almış şəxslərin apelyasiya şikayətinə baxılmasının Şəki Apelyasiya məhkəməsi tərəfindən qeyri-müəyyən vaxta təxirə salınmasına bu günə qədər heç bir aydınlıq gətirilməməsinə etiraz bildirilib.

Toplantıda Ukrayna xalqını demokratik seçki yolu ilə seçilmiş legitim prezidentinin and içərək vəzifəsinə başlamasının ölkənin ərazi bütövlüyünün təmin olunması və Avropa Birliyinə inteqrasiyasına səbəb olacağına inam ifadə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR