Azərbaycan parlamentində vitse-spikerlər komitə sədrinə əcnəbi terminlərlə bağlı irad tutdular

Azərbaycan parlamentində vitse-spikerlər komitə sədrinə əcnəbi terminlərlə bağlı irad tutdular
# 13 iyun 2013 11:08 (UTC +04:00)

APA-nın məlumatına görə, “Ölçmələrin vəhdətinin təmin olunması” və “Gömrük tarifi haqqında” qanun layihələrinin müzakirəsi zamanı vitse-spiker Valeh Ələsgərov bu kimi qanunlarda əcnəbi sözlərinin çoxluğundan narahat olduğunu bildirib.

O qeyd edib ki, bu kimi iqtisadi müstəvidə olan layihələrdə kommersiya və kompensasiya sözləri əvəzlənməlidir: “Kommersiya sözünü ticari sözü ilə əvəz etmək olar. “Kompensasiya” sözü “əvəzini ödəmək” deməkdir. Başa düşmürəm ki, bu layihələri hazırlayan hansı dildə danışır. Əgər onlar Azərbaycan dilini bilmirsə, yanında Azərbaycan dilini biləni əyləşdirək”.

Vitse-spikerə cavab verən Ziyad Səmədzadə isə deyib ki, dünən 3-4 saat bu terminlərin mahiyyətinin açıqlanması ilə məşğul olublar: “Kompensasiya kimi məsələlərlə bağlı ümumi razılıq var və sizin qaldırdığınız məsələ doğrudur. Çalışaq ki, qanun layihələrimizdə əcnəbi sözlər az olsun”. Birinci vitse-spiker Ziyafət Əsgərov da Valeh Ələsgərovla razı olduğunu bildirib: “Bu məsələyə ciddi yanaşmaq lazıdır. Söhbət burada dilin təhlükəsizliyindən gedir. Komitə sədrlərinə bildirəm ki, dil məsələsinə diqqətli yanaşsınlar, ciddi olsunlar. Beynəlxalq sözlərin işlədilməli deyirsiNİz, bəs Azərbaycan sözləri nə vaxt işlədiləcək?’

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR