Mərkəzi Afrika Respublikasının müsəlman əhalisi ölkəni tərk edir

Mərkəzi Afrika Respublikasının müsəlman əhalisi ölkəni tərk edir
# 08 fevral 2014 04:44 (UTC +04:00)

APA-nın BBC-yə istinadən məlumatına görə, artıq ölkənin minlərlə müsəlman sakini dini zəmində baş verən zorakılıqdan qaçmaq məcburiyyətində qalıb. Paytaxt Banqi və digər şəhərlərin müsəlman məhəllələri boşalıb.

Xristianlardan ibarət kütlə müsəlmanları şəhərdən çıxaran maşın karvanını alqışlarla yola salıb. Maşından düşən bir nəfəri isə kütlə amansızcasına qətlə yetirib .

Beynəlxalq Cinayət Məhkəməsi dini zəmində toqquşmalar davam edən Mərkəzi Afrika Respublikasında baş verən cinayətlər barəsində ilkin araşdırmaların başlandığını bəyan edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR