Fransa Suriyada kimyəvi silahdan istifadə edilməsi faktını rəsmi təsdiqləyib

Fransa Suriyada kimyəvi silahdan istifadə edilməsi faktını rəsmi təsdiqləyib
# 05 iyun 2013 02:36 (UTC +04:00)

Bakı-APA. Fransanın xarici işlər naziri Loran Fabius bəyan edib ki, zəhərli kimyəvi maddə sayılan zarin Suriyada iki il davam edən münaqişədə bir neçə dəfə istifadə olunub.

APA-nın “BBC”yə iatinadən verdiyi xəbərə görə, L.Fabius qeyd edib ki, Fransanın laboratoriyalarında aparılmış testlər zarinin istifadə olunmasını təsdiqləyib.

O əlavə edib ki, kimyəvi silahdan istifadə edənlər cəzalanmalıdır.

Bundan öncə BMT nümayəndələri Suriya münaqişəsində kimyəvi silahdan istifadə edilməsini zənn etməyə əsaslar olduğunu bəyan edib.

BMT həmçinin beynəlxalq ictimaiyyəti Suriyaya kimyəvi silah verməməyə çağırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR