Masallıda yaşayış evində baş verən partlayış nəticəsində bir nəfər xəsarət alıb

Masallıda yaşayış evində baş verən partlayış nəticəsində bir nəfər xəsarət alıb
# 05 mart 2014 09:35 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Azərbaycanda yaşayış evində baş verən partlayış nəticəsində bir nəfər xəsarət alıb.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, martın 4-də saat 19 radələrində Masallı rayonu Təzə Alvadı kənd sakini Şakir Nəsirova məxsus yardımçı təsərrüfatda təbii qazın sızmasından ani partlayış baş verib.

Nəticədə yardımçı təsərrüfatın tavanı dağılıb ,yanıq xəsarəti alan Ş. Nəsirov xəstəxanaya yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR