Göyçayda avtomobil yanıb - FOTOSESSİYA - VİDEO

Göyçayda avtomobil yanıb - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 02 iyul 2014 06:58 (UTC +04:00)

Göyçay. Elvin Yaqubov - APA. Göyçayda minik avtomobili yanaraq yararsız hala düşüb. APA-nın yerli bürosunun məlumatına görə, hadisə ötən gecə saat 01:30 radələrində Göyçayın Cəyirli kəndi ərazisində baş verib.

Rayon sakini, 1975-ci il təvəllüdlü Qədirov Famil Surət oğluna məxsus 23-BF-733 dövlət nömrə nişanlı "VAZ 21011" markalı minik avtomobilinin mühərrik hissəsində baş verən yanğın qısa vaxtda güclənib. Nəticədə avtomobilin salon hissəsi də yanıb. Hadisə yerinə iki yanğınsöndürən maşın və canlı qüvvə cəlb edilərək yanğının qarşısı alınıb.

Yanğın zamanı xəsarət alan olmayıb. Hadisənin hansı səbəbdən baş verdiyi hələ məlum deyil. Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR