«Bank Standard» növbəti «Super Trader» oyunu üçün qeydiyyatın başlanmasını elan edir

«Bank Standard» növbəti «Super Trader» oyunu üçün qeydiyyatın başlanmasını elan edir
# 16 sentyabr 2013 11:34 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Bank Standard» QSC treyderlər üçün 10 günlük «Super Trader» müsabiqəsinə start verir. Bankdan «APA-Economics»ə verilən məlumata görə, müsabiqədə sentyabrın 16-dan 22-dək bu linkdən istifadə edərək və ya trader.bankstandard.com/az/ səhifəsində qeydiyyatdan keçməklə iştirak etmək mümkündür.

Treyderlər arasında yarışma sentyabrın 23-dən oktyabrın 2-dək keçiriləcək. İştirakçılar «Bank Standard Trader» platformasında onlayn rejimdə 24 saat, həftənin 7 günü Foreks (160-dan çox valyuta cütlükləri), Səhmlər (14 000 səhm), CFD (8 400 müqavilə), Fyuçerslər (21-dən artıq birjada 175-dən çox müqavilə), Opsionlar və digər derivativlər dünyanın 25 birjasında çoxsaylı maliyyə alətləri ilə ticarət imkanını əldə edirlər. Hər qeydiyyatdan keçən iştirakçıya demo-hesabda minimal olaraq 100 min ABŞ dolları məbləğində vəsait ayrılacaq.

«Super Trader» müsabiqəsi yeni başlayanlar və təcrübəli treyderlərə öz ticarət strategiyalarını yoxlamaq, bilik və bacarıqlarını artırmaq, eləcə də uğurlu ticarət nəticəsində «Bank Standard»da qeydiyyata alınan, ticarət hesabında pul mükafatları əldə etmək imkanını yaradır. Oyunun sonunda ən yüksək (I yer) mənfəət göstəricisinə nail olan iştirakçı 3 000 ABŞ dolları, II yeri tutan iştirakçı 2 000 dollar, III yerin sahibi isə 1 000 dollar məbləğində real ticarət hesabında mükafat qazanacaq. Qeyd edək ki, 4-10-cu nəticələri göstərənlər isə «Standard Capital» tərəfindən təşkil edilən seminarlarda pulsuz iştiraka dəvət olunacaqlar.

Xatırladaq ki, «Bank Standard» tərəfindən təşkil olunan «Super Trader» müsabiqəsində iştirak tamamilə təmənnasızdır, mükafatlar isə qaliblərin adına açılmış real hesaba real pul şəklində köçürüləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR