“AccessBank” xaricdən iri kredit cəlb edib

“AccessBank” xaricdən iri kredit cəlb edib
# 24 iyun 2014 09:57 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev - APA-Economics. “AccessBank” kiçik və orta sahibkarlığın maliyyələşdirilməsi üçün Qara Dəniz Ticarət İnkişaf Bankından (QDTİB) 15 mln. ABŞ dolları həcmində kredit cəlb edib.

QDTİB-dən “APA-Economics”ə verilən məlumata görə, cəlb olunan vəsait Azərbaycanda istehsal güclərinin genişləndirilməsi, modernləşdirməsi, kiçik və orta biznesin sənaye, kənd təsərrüfatı və istehsal müəssisələrinin məhsul və xidmətlərinin, eləcə də dövriyyə kapitalında tələbatın diversifikasiyası üzrə layihələrin maliyyələşdirilməsinə yönəldiləcək.


Qeyd edək ki, “AccessBank” QDTİB ilə 2005-ci ildən əməkdaşlıq edir və indiyədək ümumi məbləği $37 mln. təşkil edən kredit cəlb edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR