Bakıda özünü bıçaqlayan 21 yaşlı oğlan xəstəxanada ölüb

Bakıda özünü bıçaqlayan 21 yaşlı oğlan xəstəxanada ölüb
# 24 fevral 2014 13:39 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Bakıda 4 gün əvvəl özünü bıçaqlayan oğlan ölüb. Səbail Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, 1993-cü il təvəllüdlü Ehtiram Etibar oğlu Əbilov fevralın 20-də ağır bıçaq xəsarətləri ilə Klinik Tibbi Mərkəzə yerləşdirilib. E. Əbilov bu gün günorta saatlarında xəstəxanada dünyasını dəyişib.

Polisdən həmçinin bildirilib ki, E. Əbilov özünü intihar məqsədi ilə bıçaqlayıb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Qeyd edək ki, E. Əbilov fevralın 20-də Səbail rayonunun Salyan yolu küçəsi-83 A ünvanında özünü bıçaqlayıb.

İlkin məlumatda E. Əbilovun naməlum şəraitdə bıçaqlandığı bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR