Beynəlxalq şirkət Azərbaycan Yüksək Texnologiyalar Parkının qurulma mexanizminə dair təkliflər hazırlayır

Beynəlxalq şirkət Azərbaycan Yüksək Texnologiyalar Parkının qurulma mexanizminə dair təkliflər hazırlayır
# 28 mart 2014 09:12 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Azərbaycan Yüksək Texnologiyalar Parkı (YTP) gələcəkdə regionda formatının qurulması məqsədilə beynəlxalq məsləhətçi şirkət tərəfindən dəyərləndirilir. Bu, yüksək texnologiya parklarının qurulmasında böyük təcrübəyə malik «Commit» beynəlxalq şirkəti tərəfindən həyata keçirilir. Bunu «APA-Economics»ə Parkın baş direktorunun müavini Cabbar Musayev deyib.

Onun sözlərinə görə, Yüksək Texnologiyalar Parkı təkcə Azərbaycan bazarı, şirkətləri, startapçıları üçün deyil: «Bu, regional bir layihədir. Həmin şirkətin bu sahədə təcrübəsi var, o, texnoparkların qurulmasında iştirak edib. Hazırda şirkət tərəfindən texnoparkın qurulma mexanizminə dair təkliflər paketi hazırlanır. Bu, uzun çəkən prosesdir. Yeddi mərhələdən olması nəzərdə tutulub».

C.Musayev əlavə edib ki, prosesin ilkin mərhələsi artıq yekunlaşıb və növbəti mərhələlər davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR