“Qarabağ”ın futbolçusu milli komandadan kənarlaşdırılıb

“Qarabağ”ın futbolçusu milli komandadan kənarlaşdırılıb
# 21 may 2014 08:19 (UTC +04:00)

Bakı – APA. Mayın 28-də San-Fransiskoda ABŞ-la üz-üzə gələcək Azərbaycan yığmasının heyətində dəyişiklik edilib. Apasport.az saytının məlumatına görə, daha bir futbolçu millimizin heyətindən çıxarılıb.

Belə ki, “Qarabağ”ın futbolçusu Vüqar Nadirov okeanın o tayına aparılmayıb. Buna səbəb yarımmüdafiəçinin dizində zədəsinin olmasıdır. Əvvəlcə onun ABŞ-a aparılacağı bildirilsə də, müayinədən sonra həkimlər buna icazə verməyib.

Qeyd edək ki, bundan öncə Araz Abdullayevlə Rahid Əmirquliyev də zədə üzündən millidən kənarlaşdırılmışdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR