Azərbaycanda I Avropa-Azərbaycan İnvestisiya Konfransı keçiriləcək

Azərbaycanda I Avropa-Azərbaycan İnvestisiya Konfransı keçiriləcək
# 30 avqust 2013 16:58 (UTC +04:00)

APA-nın məlumatına görə, tədbir Bakıda sentyabrın 10-11-də baş tutacaq. Konfransın təşkilatçıları Azərbaycan-Almaniya Ticarət Palatası (AHK), East İnvest və Eurochambres təşkilatlarıdır.

Məlumatda qeyd olunur ki, zəngin mineral və münasib iqlim resurslara malik Azərbaycanın sürətlə inkişaf edən biznes mühiti, əlverişli vergi sistemi və rəqabətli istehsal bazası mövcuddur. Eyni zamanda qeyd olunur ki, Azərbaycanın yerləşdiyi region Şimal-Şərq Avropadan Mərkəzi Asiya və Yaxın Şərq istiqamətinə ən münasib marşrutudur. Bununla bağlı məsələlər konfransın əsas müzakirə mövzuları olacaq. Eyni zamanda Avropalı biznesmenlər Azərbaycanlı həmkarları ilə biznes imkanlarını nəzərdən keçirtməyə imkan qazanacaqlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR