Qəbələdə maşın ağaca çırpılıb, sürücü və həyat yoldaşı ağır xəsarət alıb

Qəbələdə maşın ağaca çırpılıb, sürücü və həyat yoldaşı ağır xəsarət alıb
# 25 mart 2014 08:38 (UTC +04:00)

Qəbələ. Elvin Yaqubov - APA. Qəbələ rayonu ərazisində iki nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.

APA-nın məlumatına görə, hadisə Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun 60-cı kilometrliyində, Qəbələ rayonunun Nohurqışlaq kəndi ərazisində qeydə alınıb. Bakı şəhər sakini 1977-ci il təvəllüdlü Asif Məhərrəm oğlu Əhmədovun idarə etdiyi 90-EE-118 dövlət nömrə nişanlı «Hyundai Tucson» markalı minik maşını yoldan çıxaraq ağaca çırpılıb. Hadisə nəticəsində sürücü A.Əhmədov və həyat yoldaşı, 1988-ci il təvəllüdlü Sevda Zəfər qızı Əhmədova müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qəbələ rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR