Gəncə sakini bıçaqlanıb

Gəncə sakini bıçaqlanıb
# 12 mart 2014 12:05 (UTC +04:00)

Gəncə. Azər Məmmədli - APA. Gəncə şəhərində iki nəfər arasında mübahisə bıçaqlanma ilə nəticələnib. Gəncə şəhər Kəpəz rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, 1977-ci il təvəllüdlü Fariz Verdiyev qarnının daxilə keçən kəsilmiş-deşilmiş yarası ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Araşdırma zamanı məlum olub ki, F. Verdiyevi, şəhər sakini, 1979-cu il təvəllüdlü Elsevər Məmmədov bıçaqlayıb. Həkimlər F.Verdiyevin vəziyyətinin orta-ağır olduğunu bildirilər.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR