Azərbaycanda pul bazası avqustda artıb

Azərbaycanda pul bazası avqustda artıb
# 05 sentyabr 2013 10:41 (UTC +04:00)

Bakı. Vahab Rzayev - APA-Economics. Azərbaycanda manatla pul bazasının həcmi 2013-cü ilin sentyabrın 1-nə 10 616,8 mln. manat təşkil edib.

Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, 2012-ci ilin sentyabrın 1-nə nisbətən bu göstərici 1 540,5 mln. manat və ya 17,0% artıb. Eyni zamanda avqust ayında pul bazası 189,2 mln. manat və ya 1,8% artıb.

Qeyd edək ki, pul bazasına dövriyyədə olan nağd pullar və Mərkəzi Bankda saxlanılan kommersiya banklarının vəsaitləri daxildir. Bu vəsaitlər hesabına Mərkəzi Bank kommersiya bankları qarşısında olan və digər öhdəliklərini icra edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR