Gürcüstan Müdafiə Nazirliyinin nümayəndəsi azərbaycanlı əsgərlərlə görüşüb - FOTO

Gürcüstan Müdafiə Nazirliyinin nümayəndəsi azərbaycanlı əsgərlərlə görüşüb - <span style="color: red;">FOTO
# 14 sentyabr 2013 08:31 (UTC +04:00)

Tiflis. Nizami MəMmədzadə - APA. Gürcüstan Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Beniamin Qasımov orduda xidmət edən azərbaycanlı əsgərlərlə bir araya gəlib. APA-nın Gürcüstan bürosunun xəbərinə görə, B. Qasımov əsgərləri nazirliyin xətti ilə həyata keçirilən islahatlar, infrastruktur və sosial layihələr, peşəkar hərbi xidmət və əsgərlərin hüquqları haqqında məlumatlandırıb.

B. Qasımov “Facebook” səhifəsində belə görüşlərin mütəmadi xarakter daşıyacağını və bütün hərbi hissələri gəzib əsgərlərlə görüşəcəyini bildirib: “Məqsədim onların problemlərini dinləyib lazımi addımlar atılmasına nail olmaqdır. Bu, mənim vəzifəmə daxil deyil, lakin mən fürsətdən istifadə edib milli azlıq nümayəndələri olan silahlı qüvvələrimizin əsgərləri ilə bir-bir görüşüb, onlarla dostcasına söhbət edib, problemlərini dinləyəcəyəm. Çox təqdirəlayiqdir ki, Gürcüstanın müdafiə naziri bu addımlarımı dəstəkləyir. Bunun üçün mən ona minnətdaram”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR