Dow Jones indeksi 0,1%, S&P 500 0,3%, Nasdaq 0,1% enib

Dow Jones indeksi 0,1%, S&P 500 0,3%, Nasdaq 0,1% enib
# 24 may 2013 06:34 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Mayın 23-də Amerika fond bazarında Dow Jones indeksi 0,1% - 15 295 bəndədək, S&P 500 0,3% - 1 651 bəndədək, Nasdaq 0,1% - 3 459 bəndədək enib. «APA-Economics»in məlumatına görə, ABŞ fond bazarında indekslərin enməsinə Çinin emal sənayesində işgüzarlıq fəallığı indeksinin may ayında enməsi və iqtisadiyyatın stimullaşdırılması proqramının tədricən bağlanması ehtimalı barədə məlumatların təsiri altında bazarda kütləvi satışa səbəb olub.

Avropa fond bazarlarında mayın 23-də FTSE 100 indeksi 2,1% - 6 697 bəndədək, Almaniya DAX-ı 2,1% - 8 352 bəndədək, Fransa CAC-40-ı 2,1% - 3 967 bəndədək enib.

COMEX-də qızılın bir unsiyasının qiyməti 0,1% artaraq 1 392,5 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,2921 (-0,1%) dollar təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR