Bakıda yaşayış  evi yanıb

Bakıda yaşayış  evi yanıb
# 04 fevral 2014 15:29 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Bakıda yaşayış evi yanıb. Yasamal Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, yanğın hadisəsi rayonun Sübhi Salayev küçəsi-17 ünvanında qeydə alınıb.

Həmin ünvanda Olqa Myasnikovaya məxsus olan 30 kvadratmetr sahəsi olan ev, tamamilə yanıb.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb və yanğının digər ərazilərə keçməsinin qarşısı alınıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR