Azərbaycan çempionu serbiyalı voleybolu ilə müqavilə bağlayıb

Azərbaycan çempionu serbiyalı voleybolu ilə müqavilə bağlayıb
# 28 aprel 2014 13:23 (UTC +04:00)

Bakı – APA. Yeni mövsümdə “Rabitə”nin şərəfini qoruyacaq daha bir voleybolçunun adı dəqiqləşib. Apasport.az saytının məlumatına görə, son illərin dəyişməz Azərbaycan çempionu Nataşa Krsmanoviçlə müqavilənin müddətini uzadıb.

2010-cu ildən Bakı klubunda çıxış edən, ölkəmizdə keçirdiyi 4 mövsümdə Super Liqanın qalibi olan, klublararası dünya çempionatının qızıl və gümüş medalını qazanan, həmçinin Çempionlar Liqasının 2 dəfə finalında oynayan serbiyalı blokçu daha 1 il “Rabitə”nin uğurları üçün çalışacaq. O, artıq rəsmi müqaviləyə də imza atıb.

Qeyd edək ki, Nataşa ilə komandadakı oyunçuların sayı 18-yə çatıb. Bakı təmsilçisi ona qədər Katarjina Skovronska, Aurea Kruz (hər ikisi 1 il), Katarjina Skorupa və Nutsara Tomkomla (2 il) da anlaşmanın müddətini uzatmışdı. Həmçinin, müqaviləyə əsasən Brenda Kastillo, Foluke Akenradevo (daha 1 il), Rozanna Giel Ramos, Yoana Palasio Mendoza, Salas Vilma Rosell, Xiselye da Silva Franko ( hamısı 5 il), Tori Dikson, Gina Mankuso, Kristi Cekson, Kayla Banvart, Britni Kuper, Reyçel Rurk və Dora Horvat (hamısı daha 2 il) da “Rabitə”yə məxsusdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR