Azərbaycanın nəqliyyat sektorunda daşınmaların həcmi artıb

Azərbaycanın nəqliyyat sektorunda daşınmaların həcmi artıb
# 25 sentyabr 2013 14:36 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. Azərbaycanda yanvar-avqust aylarında nəqliyyat sektorunda daşımaların həcminə görə ən böyük paya malik olan avtomobil nəqliyyatı ilə 83,3 mln. ton yük və 977,0 mln. sərnişin daşınıb.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, əvvəlki ilin eyni dövrü ilə müqayisədə yükdaşımada 6,5% və sərnişin daşınmada isə 8,2% artım qeydə alınıb.

Komitənin məlumatında qeyd olunur ki, sərnişinlərin 96,3%-i avtobus, 3,7%-i isə minik taksilərinin xidmətlərindən istifadə ediblər. Yük dövriyyəsi 6,6%, sərnişin dövriyyəsi isə 9,2% artıb.

Metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı 133,8 mln. nəfər olmaqla 5,6% artıb. Hava nəqliyyatı ilə 1119,8 min və ya 5,1% çox sərnişin daşınıb. Daşınmanın 99,4%-i dövlət, 0,6%-i isə özəl müəssisələrə məxsus hava gəmiləri ilə həyata keçirilib. Bu nəqliyyat növü ilə yükdaşıma 1,9 dəfə artaraq 73,8 min tona çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR