Azərbaycanda doktorantura və magistratura təhsilini həyata keçirəcək qurum yaradılacaq

Azərbaycanda doktorantura və magistratura təhsilini həyata keçirəcək qurum yaradılacaq
# 25 sentyabr 2013 12:32 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Azərbaycanda doktorantura və magistratura təhsili ilə məşğul olan müvafiq təhsil qurumu yaradılacaq.

Bu barədə APA-ya məlumat verən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, akademik İsa Həbibbəyli bildirib ki, hazırda akademiya universitetinin yaradılması ilə bağlı müvafiq işlər aparılır.

İ.Həbibbəyli qeyd edib ki, akademiya tərəfindən doktorantura və magistratura təhsilini həyata keçirəcək və yeni kadrların hazırlanmasına xidmət edəcək müəyyən qurumların yaradılması ilə əlaqədar təkliflər hazırlanıb və müvafiq strukturlara təqdim olunub: “Hazırda bu və ya digər məsələlərə müvafiq qurumlarda baxılır. Yekun qərar onların rəyindən sonra veriləcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR