Prokuror Pərviz Həşimlinin 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib - YENİLƏNİB

Prokuror Pərviz Həşimlinin 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib - <span style="color: red;">YENİLƏNİB
# 12 may 2014 14:18 (UTC +04:00)

Pərviz Həşimlinin vəkili Bəhruz Bayramovun APA-ya verdiyi məlumata görə, prosesdə dövlət ittihamçısı çıxış edərək, P. Həşimlinin və T. Qurbanovun 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Vəkil bildirib ki, ötən proses zamanı Təvəkkül Qurbanovun Pərviz Həşimlinin ailə üzvlərini təhqir etməsinə görə bu gün keçilən iclas zamanı Pərviz Həşimlinin atası, qardaşı ilə Təvəkkül Qurbanov arasında insident yaşanıb. Buna görə prosesdə fasilə elan olunub.

B. Bayramov dövlət ittihamçısının çıxışından sonra Pərviz Həşimlinin müdafiəçilərinin müdafiə çıxışı etdiklərini, onun barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş etdiklərini bildirib. Vəkillər çıxışlarında ittihamın əsassız olduğunu qeyd ediblər.

T. Qurbanovun vəkili isə müdafiə çıxışı etmək üçün məhkəmədən vaxt istəyib.

Proses mayın 14-də davam etdiriləcək.

***

saat 16:36

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Ağır Cinayətlər Məhkəməsində “Bizim yol” qəzetinin həbsdə olan əməkdaşı Pərviz Həşimlinin və onunla birgə həbs edilən Təvəkkül Qurbanovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir.


Pərviz Həşimlinin vəkili Bəhruz Bayramovun APA-ya verdiyi məlumata görə, prosesdə dövlət ittihamçısı çıxış edərək, P. Həşimlinin 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Proses davam etdirilir.

Qeyd edək ki, P. Həşimli ötən il sentyabrın 17-də Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşları tərəfindən həbs edilib. O, Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq) və 228.2.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə, saxlama) maddələri ilə ittiham olunur. Onun barəsində Səbail Rayon Məhkəməsi tərəfindən həbs-qətimkan tədbiri seçilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR