Professor Eldar İsmayılov dünyasını dəyişib

Professor Eldar İsmayılov dünyasını dəyişib
# 10 mart 2014 19:56 (UTC +04:00)

Bakı-APA. Professor Eldar İsmayılov dünyasını dəyişib. APA-nın xəbərinə görə, E. İsmayılov tarix elmləri doktoru, Bakı Dövlət Universitetinin “Slavyan ölkələrinin tarixi” kafedrasının professoru olub.

E. İsmayılov 30 mart 1950-ci ildə Bakıda anadan olub. O, 1967-ci ildə 150 №-li Bakı şəhər orta məktəbini bitirib, həmin ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsinə daxil olub. 1971-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin tarix fakültəsinə köçürülüb, 1973-cü ildə oranı fərqlənmə diplomu ilə bitirib.

1973-1976-cı illərdə MDU-nin tarix fakültəsinin aspiranturasında oxuyub, 1977-ci ilin mart ayından etibarən Bakı Dövlət Universitetində müxtəlif vəzifələrdə -universitetin tədris hissəsinin rəisi, baş müəllim, dosent, professor vəzifələrində işləyib. 1990-1994-cü illərdə tarix fakültəsinin dekanı, 1996-1999-cu illərdə tarixşünaslıq və mənbəşünaslıq kafedrasının müdiri, vəzifəsində çalışıb. 1977-1980-cı illərdə tədris hissəsinin rəisi, 1980-1983-cü illərdə baş müəllim, 1983-1991-ci illərdə dosent vəzifələrində işləyib, 1991-ci ildən hazırki dövrədək BDU-nun tarix fakültəsinin professoru vəzifəsində çalışıb.

O, həmçinin "Vətəndaş Cəmiyyəti Uğrunda" Müstəqil Məsləhət və Yardım Mərkəzinin direktoru vəzifəsində çalışıb.

E. İsmayılov 60 məqalənin, 7 monoqrafiyanın və kitabın müəllifidir. Onun tərəfindən iki elmlər namizədi hazırlanıb. Tarixi planda ilk dəfə olaraq Azərbaycanın sosial strukturunda müharibədən sonrakı dəyişiklikləri araşdırıb. XX əsrin 40-50-ci illərində Azərbaycanın siyasi tarixini öyrənən monoqrafiyaların müəllifidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR