Şahin Mustafayev: “Azərbaycanın xarici ölkələrə yatırdığı investisiyaların həcminə görə Türkiyə ilk yerdədir”

Şahin Mustafayev: “Azərbaycanın xarici ölkələrə yatırdığı investisiyaların həcminə görə Türkiyə ilk yerdədir”
# 25 may 2013 12:23 (UTC +04:00)

Qəbələ. Elvin Yaqubov - APA. “Hazırda Azərbaycanda 2000-dən artıq türk şirkəti, Türkiyədə isə 1100-ə yaxın Azərbaycan şirkəti fəaliyyət göstərir. Azərbaycandakı xarici şirkətlərin 36%-ni türk şirkətləri təşkil edir ki, bu göstəriciyə görə Türkiyə birincidir”. Bu sözləri jurnalistlərə müsahibəsində iqtisadi inkişaf naziri Şahin Mustafayev deyib.

Onun sözlərinə görə görülən tədbirlər nəticəsində iki ölkənin iş adamları arasında əlaqələr daha da genişlənib, ticarət dövriyyəsi və investisiya qoyuluşları artıb: “2012-ci ildə Azərbaycan və Türkiyə arasında ticarət dövriyyəsi 20,6% artıb. Türkiyə şirkətləri Azərbaycanda dövlət əsaslı vəsait hesabına həyata keçirilən layihələrdə podratçı və subpodratçı qismində də iştirak edirlər. Azərbaycanda əsas kapitala türk şirkətləri tərəfindən 2,1 milyard ABŞ dolları həcmində sərmayə qoyulub ki, bu vəsaitin də 1,5 milyard dolları qeyri-neft sektorunun payına düşür”.

Nazir qeyd edib ki, Azərbaycanın xarici ölkələrə yatırdığı investisiyaların həcminə görə Türkiyə birinci yeri tutur: “Təkcə ARDNŞ tərəfindən Türkiyəyə 2018-ci ilədək 17 milyard ABŞ dolları həcmində investisiya yatırılacaq. İri layihələrə misal olaraq “Petkim” neft-kimya kompleksinin səhmlərinin alınması, “Star” neft emalı zavodunu qeyd etmək olar”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR