ABŞ Konqresindəki Azərbaycan üzrə İşçi Qrupuna yeni üzvlər qoşulub

ABŞ Konqresindəki Azərbaycan üzrə İşçi Qrupuna yeni üzvlər qoşulub
# 28 dekabr 2013 01:10 (UTC +04:00)

Bakı-APA. ABŞ Konqresindəki Azərbaycan üzrə İşçi Qrupuna 3 yeni üzvü qoşulub. Azərbaycanın ABŞ-dakı səfirliyindən APA-ya verilən məlumata görə, bunlar Ted Po (Texas), Mişel Luxan Qrişam (Nyu Meksiko) və Çarli Dentdir (Pensilvaniya). Bununla da ABŞ Konqresində fəaliyyət göstərən Azərbaycan üzrə İşçi Qrupunun üzvlərinin sayı 59-a çatıb.

Ümumilikdə, 2013-cü il ərzində İşçi Qrupuna 17 yeni konqresmen üzv olaraq qoşulub.

Qeyd edək ki, İşçi Qrupuna son 3 üzvün cəlb olunmasında ABŞ-da fəaliyyət göstərən Azərbaycan Dostları Assambleyasının (Assembly of the Friends of Azerbaijan- AFAZ) xüsusi rolu olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR