Dövlət Komitəsi: Bəzi məcburi köçkünlər hədə-qorxu gəlməklə ev almaq istəyirlər

Dövlət Komitəsi: Bəzi məcburi köçkünlər hədə-qorxu gəlməklə ev almaq istəyirlər
# 12 fevral 2014 14:58 (UTC +04:00)

Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, hazırda Gəncə şəhəri ərazisində 1500 ailəlik yeni salınmış şəhərciyə məcburi köçkünlərin köçürülməsi aparılır və bu günə kimi 960 ailə köçürülüb: “Köçürülmə prosesi Dövlət Komitəsinin, Kəlbəcər rayon İcra Hakimiyyətinin, Kəlbəcər rayon Polis Şöbəsinin, Gəncə şəhər İcra Hakimiyyətinin, Gəncə şəhər Polis Şöbəsinin nümayəndələrinin və məcburi köçkün icmalarının iştirakı ilə xüsusi yaradılmış komissiya tərəfindən mənzillərin püşkatma yolu ilə ailə tərkibinin sayı nəzərə alınmaqla yüksək şəffaflıq şəraitində həyata keçirilir: “Hazırda işlər uğurla davam etdirilir. Lakin təəssüflər olsun ki, köçürmə zamanı bəzi məcburi köçkünlər köçürülən obyektdə yaşamadığından, ev almaq üçün sonradan gəlib həmin obyektlərə müxtəlif qanunsuz yolla yerləşərək, hədə-qorxu gəlməklə ev almaq istəyirlər. Bir daha məcburi köçkünlərin nəzərinə çatdırırıq ki, köçürülmə zamanı bu cür hallara yol verməsinlər və bu sahədə işlər tam nəzarətdə olduğundan bütün neqativ halların qarşısı alınacaq”.

Qeyd edək ki, bu gün Kəlbəcər rayonundan olan məcburi köçkün, 1980-ci il təvəllüdlü Məmmədov Səxavət Həbib oğlu 2001 və 2009-cu il təvəllüdlü övladları ilə Gəncə Dövlət Universitetinin yataqxanasının damına çıxaraq intihar edəcəyini bildirib. O, ev bölgüsü zamanı ona qarşı haqsızlıq olduğunu əsas gətirib. S. Məmmədov Fövqəladə Hallar Nazirliyi və Gəncə Şəhər Polis İdarəsi əməkdaşlarının apardığı söhbətdən sonra niyyəti intihar etmək niyyətindən daşınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR