Azərbaycan Silahlı Qüvvələrinə aşpaz ixtisası üzrə peşəkar kadrların hazırlığına başlanıb

Azərbaycan Silahlı Qüvvələrinə aşpaz ixtisası üzrə peşəkar kadrların hazırlığına başlanıb
# 01 noyabr 2013 12:11 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov – APA. “Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” MMC-nin Sabunçu rayon filialında Azərbaycan Silahlı Qüvvələrinə və qanunvericiliyə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrə aşpaz ixtisası üzrə peşəkar kadrların hazırlığına başlanıb.

Bu barədə APA-ya Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bu gün başlamış kursda dərslər filialın lazımi texniki və əyani vəsaitlərlə təchiz olunmuş xüsusi sinif otaqlarında peşəkar mütəxəssislər tərəfindən aparılacaq. Kurs ərzində müdavimlərə nəzəri və praktiki hazırlıqla yanaşı, gigiyena qaydalarına riayət təlimi, çörəkbişirmənin təşkili və əsasları, həmçinin səhra şəraitində qidanın hazırlanması da öyrədiləcək.

Sonda aşpaz ixtisası üzrə hazırlıq kursunu keçən müdavimlərə kursu bitirmələri barədə sertifikat veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR