Azərbaycan xarici ölkə vətəndaşlığı olan azərbaycanlıların üzərindən əcnəbi statusunu götürür

Azərbaycan xarici ölkə vətəndaşlığı olan azərbaycanlıların üzərindən əcnəbi statusunu götürür
# 03 iyun 2013 14:06 (UTC +04:00)

Milli Məclisdən APA-ya verilən məlumata görə, bununla bağlı artıq ikinci oxunuşda qəbul olunan və üçüncü oxunuşda müzakirəyə hazırlanan yeni Miqrasiya Məcəlləsində xüsusi müddəa əlavə olunacaq.

Məcəllənin 6, 15, 16 və 17-ci maddələrində xarici ölkə vətəndaşı olan azərbaycanlıların üzərindən əcnəbilərə tətbiq olunan müddəalar götürülərək onlara əcnəbi statusu verilməyəcək. Belə ki, məcəllədə əcnəbilərin ölkəyə gəlmək və ölkədən getmək, eyni zamanda miqrasiya uçotu ilə bağlı şərtlər xarici ölkə vətəndaşı olan azərbaycanlılar üçün tamamilə yumşaldılaraq yeni status kimi müəyyən olunacaq. Bura ölkədə yaşamaq üçün qeydiyyatın uzadılması, digər əcnəbilərdən fərqli olaraq, yeni əlavə hüquqi imtiyazların verilməsi və az da olsa, tətbiq olunacaq şərtlərin pozulduğu halda, nəzərdə tutulan cərimələrin daha az miqdarda olması daxildir.

Məcəllədə açıq formada ifadə olunmasa da, yeni status müəyyənləşərkən əsasən Gürcüstanda və Rusiyada yerli vətəndaşlığı olan azərbaycanlılar nəzərdə tutulur. Sənəd məhz bu müddəaların əlavə olunması ilə bağlı hazırda ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunda və Avropa Şurasının Venesiya Komissiyasında nəzərdən keçirilir.

Məcəllə Milli Məclisin bu ay keçiriləcək xüsusi sessiyasında üçüncü oxunuşda müzakirəyə çıxarılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR