“DəmirBank” yeni “Yığım” əmanətini təqdim edib

“DəmirBank” yeni “Yığım” əmanətini təqdim edib
# 14 aprel 2014 09:26 (UTC +04:00)

Bakı. APA-Economics. “DəmirBank” əmanət çeşidini artıraraq, yeni “Yığım” əmanətini müştərilərə təqdim edib.

Bankdan “APA-Economic”ə verilən məlumata görə, istənilən şəxs minimum 10 AZN ilkin mədaxil edərək bankın filiallarında əmanət hesabı aça bilər. Maksimum 20 il müddətə açılan yeni əmanəti manat və ya ABŞ dolları valyutasında yerləşdirmək mümkündür və əmanət məbləğinə illik 5% hesablanır.

“Yığım” əmanəti istənilən zaman əmanəti artırmaq imkanı, əmanət məbləğinin istənilən zaman cəriməsiz tam və ya qismən çıxarılması, müştərilərin gələcək maliyyə durumlarını sığortalanması, üçüncü şəxsin adına da açıla bilməsi kimi üstünlüyü ilə fərqlənir.

Əmanət məbləği 10 000 manat və ya ABŞ dollarını keçməməlidir, keçdikdə müştərinin istəyi əsasında yığılmış məbləğ “DəmirBank”-ın digər müddətli depozit növlərindən birinə yerləşdirilə və ya götürülə bilər.

“Əmanət çeşidi” proqramı üzrə “DəmirBank” hazırda əhaliyə münasib şərtlərlə 4 əmanət növü təklif edir – “Göy”, “Sarı”, “Qırmızı” və “Uşaq”.

“DəmirBank” Əmanətlərin Sığortalanması Fondunun üzvüdür, bu isə “Əmanətlərin sığortalanması haqqında” Qanununun şərtlərinə müvafiq olaraq əhalinin “DəmirBank”-da yerləşdirdiyi əmanətlərinin sığortalanmasını təmin edir.

Ölkənin ilk kommersiya bankı olan “DəmirBank” 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir. “DəmirBank” Fitch Ratings agentliyinin “stabil” proqnozlu “B” və Planet Rating agentliyinin “pozitiv” proqnozlu “B” reytinqlərinə malikdir. Bu reytinqlər ölkənin bank sektorunda yüksək reytinqlər sırasındadır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR