Yevlaxda əlilin özünü yandırması faktı ilə bağlı cinayət işi başlanıb - YENİLƏNİB

Yevlaxda əlilin özünü yandırması faktı ilə bağlı cinayət işi başlanıb - <span style="color: red;">YENİLƏNİB
# 27 yanvar 2014 14:06 (UTC +04:00)

Bu barədə APA-ya Yevlax Rayon Prokurorluğundan bildirilib.

Məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.

***

saat 13.35

Bakı. Fuad Cəfərov - APA. Azərbaycanda intihar məqsədilə özünü yandıran əlilə bədənin II dərəcəli ümumi termik yanığı diaqnozu qoyulub.

Yevlax Rayon Mərkəzisi Xəstəxanasından APA-ya verilən məlumata görə, Nizami Kərimov gövdənin ön tərəfi, kürək nahiyəsinin ümumi yuxarı ətrafları - ümumilikdə bədənin 50% termiki yanığı ilə xəstəxanaya daxil olub.

***

saat 12.58

Bakı. Fuad Cəfərov – APA. Azərbaycanda əlil özünü yandıraraq, intihara cəhd edib.

Yevlax Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün saat 11 radələrində rayonun Heydər Əliyev prospektində qeydə alınıb.

Rayon sakini, ikinci qrup əlil, 1969-cu il təvəllüdlü Nizami Yusif oğlu Kərimov üzərinə benzin tökərək intihara cəhd edib.

N. Kərimov ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR