Tehranda bütün məktəblər bağlanıb

Tehranda bütün məktəblər bağlanıb
# 04 fevral 2014 09:26 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. Bu gün İranın paytaxtı Tehran şəhərində və ona bitişik ərazilərdə məktəblər bağlanıb.

APA-nın İSNA-ya istinadən verdiyi məlumata görə, İranın Tehran vilayətində qar və sərt soyuqlar səbəbindən bütün məktəblərin ibtidai, orta və yuxarı siniflərində tətil elan edilib.

Qeyd edək ki, İranda bir neçə gündür yağan qar və şaxtalar ölkənin əksər vilayətlərində həyatı iflic edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR