Heydər Əliyev prospektində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq - FOTO

Heydər Əliyev prospektində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq - <span style="color: red;">FOTO
# 15 aprel 2014 07:44 (UTC +04:00)

Bakı. Fuad Cəfərov – APA. Bakı şəhərinin Heydər Əliyev prospektində nəqliyyatın hərəkəti müəyyən müddətə məhdudlaşdırılacaq. Bu barədə APA-ya Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

“Azəryolservis” ASC-dən bildiriblər ki, yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yol göstərici xətlərin yenidən rənglənməsi məqsədilə bu gün saat 22:00-dan etibarən Heydər Əliyev prospekti - kənar yolda (şəhər istiqamətində) nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. Sürücülərə alternativ olaraq Heydər Əliyev prospekti - əsas yoldan istifadə etmələri tövsiyə olunur.

Rənglənmə işləri təxminən saat 04:00-a qədər davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR