Bakıda inşa olunan olimpiya stadionunun elektrik təchizatı ilə bağlı xərclər 103 mln. dollar olacaq

Bakıda  inşa olunan olimpiya stadionunun elektrik təchizatı ilə bağlı xərclər 103 mln. dollar olacaq
# 28 fevral 2014 11:54 (UTC +04:00)

«APA-Economics»in məlumatına görə, artıq bununla bağlı standionun inşasını aparan «Tekfen İnşaat» şirkəti ilə razılıq əldə olunub.

Razılaşmaya görə, Olimpiya stadionunda bu işlərə ümumilikdə 102,6 mln. dollar vəsait nəzərdə tutulub. Bunun 69,2 mln. dolları elektrik işlərinə, 33,4 mln. dolları isə mexanika işlərinə sərf olunacaq.

«Anel Elektrik» şirkəti («Anel Grup»un üzvü) İdarə Heyətinin üzvü Bülent Batukan bildirib ki, Bakıda həyata keçirilən layihə 2018-ci ildə Rusiya, 2022-ci ildə isə Qətərdə keçiriləcək futbol üzrə Dünya Çempionatı üçün beynəlxalq standartlara uyğun stadionların inşasında iştirak edən «Anel Grup» üçün bir örnək olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR