Paşha Bank
Bank Of Baku

ABŞ diplomatı: Azərbaycan və Ermənistan arasında davamlı sülh üçün ən yaxşı imkan yaranıb

ABŞ-nin Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Amy Carlon

© APA | ABŞ-nin Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Amy Carlon

# 01 oktyabr 2026 09:31 (UTC +04:00)

Azərbaycan və Ermənistan arasında əldə olunan razılaşmalar onilliklər ərzində davamlı sülhün əldə edilməsi üçün ən yaxşı imkanı yaradıb.

"APA-Economics" xəbər verir ki, bunu ABŞ-nin Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Amy Carlon Bakıda keçirilən Mərkəzi Asiya–Monqolustan–Qafqaz–Əfqanıstan (CAMCA) Regional Forumunda çıxışı zamanı deyib.

O xatırladıb ki, 2025-ci ilin avqustunda ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevi və Ermənistanın Baş naziri Nikol Paşinyanı Ağ Evdə qəbul edib.

“Həmin görüşdə tərəflər onilliklər ərzində davamlı sülh üçün ən yaxşı imkanı təqdim edən razılaşmanı parafladılar”, – Amy Carlon bildirib.

Diplomat əlavə edib ki, həmin görüş zamanı TRIPP – “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” konsepsiyası da irəli sürülüb.

Amy Carlon regional bağlantıların genişləndirilməsinin ABŞ üçün prioritet istiqamətlərdən olduğunu da vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR