“İçərişəhər” Qoruğunda qeydə alınan ölkə əhəmiyyətli abidələrin sayı 41-ə çatıb

“İçərişəhər” Qoruğunda qeydə alınan ölkə əhəmiyyətli abidələrin sayı 41-ə çatıb
# 01 may 2015 12:09 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu-APA. Nazirlər Kabineti “Ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısı”nda dəyişiklik edib.


APA-nın məlumatına görə, Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli qərarına əsasən, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunda 28 ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidəsi olub.

Dəyişikliyə əsasən, Qoruqdakı ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrin siyahısına 13 yeni tarix və mədəniyyət abidəsi əlavə edilib. Bura Hacı Heybət Məscidi (1792-ci il), Mövlanə Əhməd Məscidi (1347-1348-ci illər), Tikinti qalıqları (H.Rzayeva küçəsi, 11, XV əsr), Atəşpərəstlik məbədinin qalıqları (H.Rzayeva küçəsi, 11, antik dövr), Cin Məscid (XIV əsr), Bəylər Məscidi (1894-1895-ci illər), Ağa-Zeynal hamamı (1912-ci il), Cümə Məscidinin minarəsi (1437-143 8-ci illər), İmam Qulu məktəb-məscidi (1646-1647-ci illər), Yaşayış evinin portalı (Böyük Qala küçəsi, 18, XVII-XVIII əsrlər), Yaşayış evi (Mirzə Şəfi küçəsi, 4, 1700-cü il), Yaşayış evi (Böyük Qala küçəsi, 28, 1914-cü il) və Yaşayış evi (Qüllə küçəsi, 19, 1800-cü il) daxildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR