Savçenko Ukraynada vaxtından əvvəl parlament seçkilərinin keçirilməsinə çağırıb

Savçenko Ukraynada vaxtından əvvəl parlament seçkilərinin keçirilməsinə çağırıb
# 10 iyun 2016 22:43 (UTC +04:00)

Bakı-APA. Ali Radanın deputatı Nadejda Savçenko Ukraynada vaxtından əvvəl parlament seçkilərinin keçirilməsinə çağırıb.

APA-nın məlumatına görə, o bunu Associated Press agentliyinə müsahibəsində bəyan edib.

“Yeniliyə böyük ehtiyac var. Ümumilikdə, Ukrayna xalqı daha yaxşı hökumətə layiqdir. Hazırkı hökumət xalqın etimadını doğrulda bilmir”, deyə N.Savçenko bildirib.

Xatırladaq ki, Rusiyada həbsdə olan hərbi pilot, Ali Radanın deputatı Nadejda Savçenko mayın 25-də Ukraynada məhkum olunmuş Rusiya Baş Kəşfiyyat İdarəsinin (QRU) zabitləri Yevgeni Yerofeyev və Aleksandr Aleksandrovla dəyişdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR