Kolumbiyada helikopterin qəzaya uğraması nəticəsində 17 hərbçi ölüb

Kolumbiyada helikopterin qəzaya uğraması nəticəsində 17 hərbçi ölüb
# 27 iyun 2016 20:14 (UTC +04:00)

Bakı-APA. Kolumbiyada hərbi helikopterin qəzaya uğraması nəticəsində 17 nəfər ölüb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, Kolumbiya Milli ordusuna məxsus Mİ-17 helikopteri iyunun 26-da Tolima departamentinin şimal bölgəsində radarlardan itib.

Qəzaya uğramış helikopter bu gün Kaldas departamentində tapılıb. İlkin məlumatlara görə, hadisəyə hava şəraitinin əlverişsiz olması səbəb olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR