"Amrahbank" məcmu kapitalını artırıb

"Amrahbank" məcmu kapitalını artırıb
# 13 iyun 2016 14:28 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. “Grant Thornton” şirkəti “Amrahbank”ın 2015-ci ildəki fəaliyyətinin yekunları ilə bağlı audit rəyi təsdiq edib.


Bankdan “APA-Economics”ə verilən xəbərə görə, hesabata əsasən 31 dekabr 2015-ci il tarixinə "Amrahbank"ın məcmu kapitalı 53 mln. 988 min manat təşkil edib. 2014-cü ilin sonuna bu göstərici 50 mln. 714 min manat olub.

Rəqəmlərə əsasən, 31 dekabr 2015-ci il tarixinə "Amrahbank"ın məcmu kapitalı 2014-cü illə müqayisədə 3 mln. 274 min manat və ya 6,5% artıb.

Ötən ilin sonuna bankın cəmi aktivləri 301 mln. 348 min manat təşkil edib. Bir ildə bu göstərici 98 mln. 28 min manat və ya 32,61% artıb.

1993-cü ildə təsis edilmiş “Amrahbank” Azərbaycanın ilk və aparıcı banklarından

biridir. “Amrahbank” həm fərdi, həm də korporativ müştərilərə bütün bank xidmət və

məhsullarını, o cümlədən cari və depozit hesabları, hesablaşma-kassa xidmətləri,

plastik kartlarla əməliyyatlar, yerli və beynəlxalq pul köçürmələri, istehlak və biznes

kreditləri, sənədli əməliyyatlar, ticarətin maliyyələşdirilməsi və digər bank

xidmətlərini təqdim edir.

“Amrahbank” Azərbaycanın ərəb investisiyalı yeganə bankıdır. Bəhreyn Krallığında

fəaliyyət göstərən “Beynəlxalq İnvestisiya Bank”ı (www.iib-bahrain.com), 2008-ci

ildən “Amrahbank”ın strateji səhmdarıdır.

Hal-hazırda 23 filialı və 1 şöbəsi fəaliyyət göstərən bank paytaxtla yanaşı, respublikanın Sumqayıt, Lənkəran, Tovuz, Şəmkir, Bərdə, Gəncə, Masallı, Goranboy kimi regionlarını əhatə edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR