"Azər Türk Bank" yeni kampaniya keçirir

"Azər Türk Bank" yeni kampaniya keçirir
# 01 iyun 2016 08:44 (UTC +04:00)

Bakı - APA-Economics. "Azər Türk Bank" yeni "Səyahət həyəcanı" kampaniyasına start verib.

Bankdan "APA-Economics"ə verilən məlumata görə, ölkədə nağdsız ödənişlərin stimullaşdırılması üçün təşkil olunan kampaniya 1 iyun - 15 avqust 2016-cı il tarixləri arasında keçiriləcək. "Səyahət həyəcanı" kampaniyası çərçivəsində "Azər-Türk Bank"ın ödəniş kartları vasitəsilə ən aktiv ödənişlər edən müştərilər arasından 3 nəfər qalib müəyyən olunacaq. Qaliblərin seçimi zamanı əməliyyatların sayı ilə yanaşı, məbləği də nəzərə alınacaq. “Səyahət həyəcanı”nın qalibi olmuş müştərilər xaricdə bir həftəlik istirahət imkanı qazanacaqlar.

Kampaniya barədə daha ətraflı məlumatları www.azerturkbank.az saytından, bankın sosial şəbəkələrdəki korporativ səhifələrindən, yaxud (012) 945 nömrəli Məlumat Mərkəzindən əldə etmək olar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR