DSX: Azərbaycan və İran sərhədçilərinin birgə təlim keçəcəyi barədə yayılan məlumatlar doğru deyil

DSX: Azərbaycan və İran sərhədçilərinin birgə təlim keçəcəyi barədə yayılan məlumatlar doğru deyil
# 14 dekabr 2012 11:16 (UTC +04:00)

APA-nın xəbərinə görə, bunu Dövlət Sərhəd Xidmətinin (DSX) rəis müavini, general-mayor Fərhad Tağızadə jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, memorandum layihəsi tərəflər arasında razılaşdırılıb və 2013-cü ilin əvvəllərində imzalanması planlaşdırılır.

Gələn il, həmçinin Azərbaycan DSX İtaliya, İsveçrə, Türkiyə, və Tacikistanla da sərhəd mühafizəsi sahəsində əməkdaşlığa dair sənədlər imzalamağı planlaşdırır.

Dekabrın 5-də İran sərhəd polisinin rəis müavini ilə görüşünün yekununda imzalanan protokol barədə danışan F. Tağızadə deyib ki, iki ölkənin sərhədçilərinin birgə təlim keçəcəyi barədə İran mediasında yayılan məlumat doğru deyil.

DSX rəsmisi qeyd edib ki, görüşün yekununda imzalanmış protokolda sənəddə əksini tapan məsələlərin yerinə yetirilməsi üçün təlimatların verilməsi qeyd olunub.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR